Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


06.04.2021  12:37 

Ukraynanın şərqində atışma - 2 əsgər öldü





A+  A-

Ukraynanın şərqində yerləşən Donbassdakı döyüş bölgəsində ötən gecə atəşkəs rejimi separatçılar tərəfindən 7 dəfə pozulub, nəticədə iki Ukrayna əsgəri həlak olub.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukraynanın Vahid Qüvvələr əməliyyatının qərargahı açıqlama verib.

Daha əvvəl “Vostok” əməliyyat-taktik qrupu 5 aprel tarixində Donetsk vilayətinin Avdeevka şəhəri yaxınlığında Ukrayna ordusunun mövqelərinin atəşə tutulması nəticəsində bir hərbçinin öldüyünü bildirmişdi. “Şimal” əməliyyat-taktik qrupunun verdiyi məlumata görə isə, digər bir hərbçi “Zolote-4” ərazisi yaxınlığında güllə yarasından həlak olub.

Bundan əlavə separatçılar Avdiivka, Lebedinski və Vodyanoye əraziləri yaxınlığında yerləşən Ukrayna ordusunun mövqelərini atıcı silahlardan, iri çaplı pulemyotlardan və əl tank əleyhinə qumbaraatanlardan atəşə tutublar.

Xəbər 3789 dəfə oxunub.



25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +