Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq


11.09.2025  13:51 

Bu bankların əmlakları hərraca çıxarılır





A+  A-

Sentyabrın 17-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Zamin Bank", "Günaybank", "Texnika Bank", "Amrahbank" ASC-lərin, sentyabrın 24-də "Muğanbank"ASC-nin, oktyabrın 1-də isə "Texnika Bank" ASC-nin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

XəzərNews.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Zamin Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv. metrlik, dəyəri 326 min manat olan 143,4 kv. metrlik və dəyəri 491 min manat olan 216,3 kv. metrlik qeyri-yaşayış sahələrindən, "Günaybank"a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270,6 kv. metrlik qeyri-yaşayış sahəsindən, "Texnikabank"a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kv. metrlik qeyri-yaşayış sahəsindən, "Amrahbank"a məxsus Bərdə şəhəri, Molla Pənah Vaqif küçəsi, 4-cü döngə, ev 7 ünvanındakı dəyəri 25,5 min manat olan 0,03 ha torpaq sahəsində yerləşən 94,9 kv.metrlik fərdi yaşayış evindən, "Muğanbank"a məxsus dəyəri 46 min manat olan 2 ədəd "Diebold Nixdorf DN 150D" markalı bankomatdan və "Texnikabank"a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 525 min manat olan 252,6 kv. metrlik qeyri-yaşayış sahəsindən gedir.

Xəbər 2441 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +