Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


01.05.2020  18:06 

“Maska və əlcək məcburi olacaq”





A+  A-

“Sabah koronavirus.info saytında ictimai davranış qaydaları yerləşdiriləcək”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, karantin rejiminin tətbiqi ilə əldə edilən nəticələr qətiyyən laqeydliyə səbəb olmamalıdır: “Xüsusi karantin rejimi müddətində sərhədlər bağlı qalacaq. İndiyə qədər 11 minədək vətəndaşımız ölkəyə gətirilib. Xaricdən gətirilən hər bir şəxs 14 gün karantində qaldıqdan sonra test ediləcək, neqativ olanlar evə buraxılacaq. Peyvənd tapılmayanadək virusun əhali arasında yenidən sürətlə yayılma riski var.

Qaydalar hər bir şəxsin gündəlik həyat tərzi olmalıdır. Virus təhlükəsi aradan qalxmayanadək ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə -maska və əlcəkdən istifadə məcburi olacaq. Bunun arxasınca da əməl etməyənlərin cərimələnməsi prosesi olacaq. Buna isə Operativ Qərargah qərar verəcək. Cərimələnmə prosesini isə müvafiq dövlət qurumları həyata keçirəcək. İaşə yerlərində masalararası məsafə qorunmalıdır”.

Xəbər 4163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +