Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


01.05.2020  11:42 

Kamran Əliyev yeni Baş prokuror seçildi





A+  A-

Milli Məclisin plenar iclası bu gün işinə başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, ilk olaraq Baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılıb.

İclasda 116 deputat iştirak edib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev Kamran Əliyevi Baş Prokuror vəzifəsinə təqdim edib.

Ə.Vəliyev çıxışının davamında K.Əliyevin bioqrafiyası haqda məlumat verib: “Ümid edirəm, Milli Məclis cənab Prezidentin Kamran Əliyevin Baş prokuror təyin edilməsi barədə təqdimatına razılıq verəcəkdir”.

Vitse-spiker Əli Hüseynli bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında üzvlər Kamran Əliyevin Baş Prokuror təyin edilməsinə razılıq verib. Deputat Vahid Əhmədov çıxış edərək deyib ki, gündəlikdə bir çox ciddi məsələlər var: “Hesablama Palatasının illik hesabatı təqdim olunmalıdır, Baş Prokurorun təyin edilməsinə razılıq verilməlidir və gündəlikdə əlavə 20-dən çox məsələ var. Kamran Əliyev peşəkar prokuror kimi hər birimiz tanıyırıq, müəyyən üsniyyətimiz də olub. Buna görə də təklif edirəm ki, çıxışlar olmadan səsverməyə keçək”.

Səsvermə nəticəsində 114 səslə K.Əliyev Azərbaycanın yeni Baş Prokuroru seçilib.

Xəbər 3383 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +