Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


11.03.2020  14:27 

“Arsenal”ın futbolçuları karantinə alındı





A+  A-

Premyer Liqanın 28-ci turundan təxirə salınan “Mançester Siti” – “Arsenal” görüşü bu gün də keçirilməyəcək.
XəzərNews.az xəbər verir ki, buna səbəb London təmsilçisinin futbolçularının koronavirus təhlükəsi üçün karantinə alınmasıdır.

“Arsenal” klubundan verilən açıqlamaya görə, fevralın 27-də Avroliqanın 1/8 final mərhələsində “Olimpiakos”u qəbul etdikləri matçda futbolçular yunan klubunun sahibi Evangelos Marikanislə təmasda olub. Marikanisonun isə dünən koronavirusa yoluxduğu açıqlanıb. Bu səbəbdən də oyunçuların iki günlük karantinə alındığı qeyd edilib.

Futbolçular martın 13-də çıxacaq və şənbə günü “Brayton”a qarşı matça hazırlanacaqlar. Rəhbərlik görüşdən sonra məşqçilər heyəti və restoranda çalışanların da nəzarətə götürüldüyünü açıqlayıb.

Bu səbəbdən də bu gecə oynanılması gözlənilən “Mançester Siti” – “Arsenal” matçı təxirə düşüb.

Xəbər 3317 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +