Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi


07.05.2025  22:43 

Prezident İlham Əliyevin Moskvaya səfəri niyə təxirə salındı?





A+  A-

Prezident İlham Əliyev 9 mayda Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq. Bu qərar gözlənilən idi. Səfərin təxirə salınmasına təsir edən əsas səbəblər bunlardırr:

1. AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də hadisə ilə bağlı əməli istintaq aparmayıb, qəzanın səbəbləri aydınlaşdırılmayıb və məsul şəxslər müəyyən edilərək cəzalandırılmayıb;

2. Son zamanlar Azərbaycanın bir sıra media resurslarına qarşı həyata keçirilən kiberhücumların mənbəyinin Rusiya olduğu sübuta yetirilib;

3. Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə səbəbsiz yerə qadağa qoyulub, o, Moskva aeroportunda saxlanılaraq ölkədən deportasiya edilib. Rusiya tərəfi isə bu insidentlə bağlı hər hansı əsaslandırılmış açıqlama verməyib.

Bütün bu amillər nəticəsində Prezident İlham Əliyevin Moskvaya səfəri təxirə salınıb. Bu qərar bir daha təsdiqləyir ki, Azərbaycan-Rusiya münasibətlərində son dövrlər müşahidə edilən nisbətən sakit fon və təmkinli ritorikaya baxmayaraq, əsaslı problemlər hələ də qalmaqdadır. Xüsusilə rəsmi Bakının Moskva ilə bağlı inamı son aylarda ciddi şəkildə sarsılıb.
İkitərəfli səfərlərin azlığı, media və rəsmi ritorikada ehtiyatlı yanaşma nümayiş etdirilsə də, pərdəarxasında ciddi narazılıq və inamsızlıq hökm sürür. Azər Badamovun Moskvada saxlanılıb deportasiya edilməsi hadisəsi də Kremlin münasibətləri normallaşdırmaq üçün Bakı tərəfindən qaldırılan narahatlıqları aradan qaldırmağa maraqlı olmadığını göstərdi.

Rəsmi Moskvanın "hadisələri unudaq və keçmişdə qoyaq" yanaşması qəbuledilməzdir. Bu cür laqeydlik və məsuliyyətsizlik Azərbaycanın inamını daha da zəiflədir. Prezident İlham Əliyevin Qələbə paradına qatılmaması isə bu inamsızlığın nə qədər dərinə işlədiyini nümayiş etdirir.

İstisna deyil ki, gələcəkdə Azərbaycan-Rusiya münasibətləri zahirən normallaşsa da, Bakının Moskvaya olan inamsızlığı qalacaq. Bu, indiki qədər açıq şəkildə ifadə olunmasa da, diplomatik davranışlarda özünü büruzə verəcək.

Turan Rzayev
Politoloq


Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +