“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


19.04.2023  01:05 

Əsir əsgərimizə qarşı növbəti cinayət işi açılıb





A+  A-

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb.

O, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib.

Onlar həbs edilərkən xüsusi qəddarlıqla üzləşiblər və dəhşətli işgəncələrə məruz qalıblar. H.Axundova edilən işgəncələr isə ermənilər tərəfindən sosial şəbəkələrdə yayılıb. Ona qarşı absurd ittihamlar irəli sürüləcəyi, guya bununla işgəncələrə haqq qazandırılacağı və yolu azaraq Ermənistana keçən əsgərlərin geri qaytarılmasına imkan verilməyəcəyi, əksinə, yalançı ittihamlarla həbs ediləndən sonra Bakıda saxlanan terrorçularla dəyişdirilməsinə cəhd göstəriləcəyi ehtimalı ilk gündən yayılmışdı./Axar.az



Xəbər 1008 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +