Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


15.10.2025  10:29 

Məktəb bağlandı, şagirdlər təhsildən qaldılar?





A+  A-

Yardımlı rayonunun Şıxlar kənd orta məktəbində bir sinfin fəaliyyətinə tələb olunan minimum şagird sayı təmin olunmadığı üçün 10-cu sinif bağlanıb.

XəzərNews.az xəbər verir ki, nəticədə 4 şagird – Rihad Əlif oğlu Kamilov, Mikayıl Nəsib oğlu Əsgərli, İsmayıl Möhübbət oğlu Rəfili və Rəqsanə Fərasim qızı Yaqubova təhsildən kənarda qalıb.

Qeyd edək ki, siniflərin açılması və ya bağlanması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Məsələni daha da çətinləşdirən əsas məqam isə valideynlərin xəbəri olmadan şagirdlərin adlarının Rayon Təhsil Sektoru tərəfindən Məktəbin Ümumi Təhsil İnformasiya Sistemi (UTİS) üzərindən çıxarılmasıdır.

Bu səbəbdən şagirdlərin başqa məktəblərə yerdəyişməsi texniki cəhətdən mümkünsüz vəziyyətə düşüb.

Təhsil ekspertlərinin sözlərinə görə, məktəbdə hər hansı sinif bağlanırsa, həmin şagirdlər dərhal yaxınlıqdakı məktəblərə yerləşdirilməlidir.

Şagirdin UTİS sistemindən çıxarılması isə yalnız aşağıdakı hallarda mümkündür:

- Şagirdin öz arzusu (və ya valideyninin arzusu) ilə – məktəbi dəyişmək və ya təhsili başqa formada davam etdirmək istədikdə;

- Təhsil səviyyəsini başa vurduqda: Məsələn, 11-ci sinfi bitirib attestat aldıqda;

- Tədris intizamının sistematik pozulması və ya məktəb qaydalarına davamlı surətdə əməl etməməsi hallarında – bu, yalnız çoxsaylı xəbərdarlıqlar,valideynlərlə söhbətlər,məktəb pedaqoji şurasının qərarı əsasında mümkündür;

- Qanunvericiliklə müəyyən edilmiş digər hallar – məsələn, məhkəmə qərarı ilə.

Göründüyü kimi bu halların heç biri baş vermədiyi təqdirdə rayon Təhsil Sktoru şagirdlərin adlarını UTİS sistemindən xəbərarlıqsız çıxarıb.

Kənd sakinlərinin sözlərinə görə, bu qərarın verilməsi zamanı yalnız məktəb direktoru ilə danışıqlar aparılıb. Valideynlər dəfələrlə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etsələr də, məsələ həll edilməyib.//Teleqraf

Xəbər 5262 dəfə oxunub.



22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +