Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


12.05.2025  17:06 

AYNA rəhbəri qardaşının idarə etdiyi şirkətə limitsiz lisenziyalar verir?





A+  A-

Hazırda ölkəmizdə əsas müzakirə edilən və bir çox hallarda "ədalət prinsipi”nin pozulduğuna dair fikirlər səsləndirilən məsələlərdən biri də yükdaşımalarla bağlıdır. Bəllidir ki, sərnişin daşımalarında olduğu kimi, yük daşımalarında da lisenziya tələb olunur və "icazə” müəyyən müddətə verilir.

İcazənin verilməsi, ümumiyyətlə bu sahəyə nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir. Daha əvvəllər bu işə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) nəzarət edirdi, lakin qurum ləğv edildi və AYNA fəaliyyətə başladı. AYNA müəyən edilmiş qaydalara uyğun olaraq, lisenziya verir və prosesə nəzarət edir. Hətta, icazənin alınması elektron qaydada mümkündür. Bura qədər hər şey normaldır. Normal olmayan isə lisenziyaların verilməsindəki ədalətsizlikdir.

"Van der Val Intl. Transport Bakı” şirkətinə edilən "güzəştlər” bunun real nümunəsidir. Şirkət Niderlandda ofşor şirkəti kimi qeydə alınıb, lakin Azərbaycanda fəaliyyət göstərir və rəhbəri İlqar Rzayevdir. Bu şirkətə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verilib. Verilən icazə digər şirkətlərlə müqayisədə kifayət qədər geniş imkanlar yaradıb. Halbuki, yük daşımaları sahəsində AYNA-dan tranzit icazəsinin alınmasında böyük çətinliklə üzləşən N qədər şirkət var. Açıq mənbələrdə belə şikayətlər saysız-hesabsızdır.

"Van der Val Intl. Transport Bakı” şirkətinə niyə "güzəştlər” edilir?

Bunu anlamaq üçün şirkəti rəhbəri İlqar Rzayevin kimliyinə baxmaq lazımdır. İlqar Rzayev Anar Rzayevin qardaşıdır. Anar Rzayev də AYNA-nın İdarə Heyətinin sədridir. Hər şey bu qədər sadə və bəsitdir. Digər şirkətlərə çoxsaylı qadağalar qoyan Anar Rzayev qardaşının rəhbərlik etdiyi şirkətə geniş tranzit icazəsinin verilməsini təmin edib, daha dəqiq desək, qardaşının rəhbərlik etdiyi öz şirkətinə.

Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər "Van der Val Intl. Transport Bakı” şirkətinin baş direktoru vəzifəsini icra edib. Daha sonra vəzifəyə təyin ediləndə vəzifəsini qardaşına həvalə edib, yəni onun şirkətini qardaşı idarə edir. Anar Rzayevin özünün bu haqda mediaya etiraf açıqlaması da var.

2022-ci ildə Baku TV-yə danışan Anar Rzayev təsdiq edib ki, 1996-2013-cü illərdə "Van der Val Intl. Transport Bakı” şirkətinə rəhbərlik edib.

"Akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Mənim şirkətlə əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Sadəcə qardaşım oranın rəhbəridir”, - deyə Anar Rzayev bildirmişdi.

Hər şey aydındır. Anar Rzayev öz şirkətini qardaşına həvalə edərək, dövlət qurumunda rəhbərliyə başlayıb və vəzifə səlahiyyətlərindən istifadə edərək, qardaşının idarə etdiyi öz şirkətinə yükdaşımalardan daha çox pay ayırır. Anar Rzayevin məlum açıqlaması, "Van der Val Intl. Transport Bakı” şirkətinə qardaşı İlqar Rzayevin rəhbərlik etməsi və özünün rəhbərlik etdiyi AYNA-nın bu şirkətə geniş tranzit haqları verməsi bütün suallara aydınlıq gətirir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA rəhbəri Anar Rzayevin qardaşı İlqar Rzayevə məxsus “Van der Val Intl. Transport Bakı” şirkətinə edilən lisenziya “güzəştləri” barədə saytımızda yayımlanan yazıya münasibət bildirib.

AYNA-dan Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq sözügedən şirkətin 4 ildir fəaliyyət göstərmədiyi vurğulanıb.

“Şirkət 4 ildir fəaliyyətini dayandırıb. Buraxılış vəsiqəsi və kartları üçün də müraciət etməyib./demokrat.az

Xəbər 956 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +