“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


16.01.2023  13:51 

Zakir Fərəcovun fəaliyyət dövrü araşdırılır?





A+  A-

Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamalar başladığı haqqında məlumatlar yayılıb.

Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrü araşdırılır. Bildirilir ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək.

Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir.

Sayt məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun İnformasiya təminatı və təhlil sektorundan bildirilib ki, yayılan məlumatlar əsassızdır: "Sumqayıt Şəhər İcra Hakimiyyətində hər hansı yoxlama aparılmır”.

Sektordan Zakir Fərəcovun işə çıxmadığı barədə iddiaların da həqiqəti əks etdirmədiyi bildirilib./Qaynarinfo

Xəbər 2499 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +