Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU


01.06.2021  17:54 

Azərbaycanda ölməyin qaydası dəyişdi





A+  A-

"İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilib.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, insan olümü kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa çatacaq.

Bundan əvvəl insan olümü kliniki və ya beyin ölümündən sonra bioloji ölümlə başa çatırdı.

Həmçinin yeni qərara əsasən, meyitdən transplantasiya məqsədi ilə insan orqanlarının və toxumalarının götürülməsi zamanı bioloji ölüm və ya beyin ölümünün baş verməsi barədə qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 25.1-ci maddəsinə uyğun olaraq həkim konsiliumu tərəfindən qəbul ediləcək.

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna əsasən, donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.

Qərar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 25.1-ci maddəsinə görə, meyitdən transplantasiya məqsədi ilə orqanların götürülməsi yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı və tibb müəssisəsinin rəhbərinin razılığı ilə həyata keçirilir.

Xəbər 3089 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +