Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


12.10.2018  17:52 

Kürün suyu azalıb





A+  A-

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-70, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən xəbərə görə, oktyabrın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 145 kubmetr təşkil etməklə ongünlük normanın 86 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 68 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 81 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.

Oktyabrın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Salyanda 8, Bankədə 1 santimetr azalma qeydə alınıb, lakin Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyib.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 331 (2017-ci il oktyabrın 12-də 378 sm), Şirvanda 189 (2017-ci il oktyabrın 12-də 273 sm), Salyanda 133 (2017-ci il oktyabrın 12-də 240 sm), Bankədə 170 (2017-ci il oktyabrın 12-də 217 sm), Araz çayının Novruzlu məntəqəsində isə 36 santimetrə (2017-ci il oktyabrın 12-də 102 sm) bərabərdir.

Xəbər 3280 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +