Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?


12.10.2018  12:46 

Ölkədə yeni sahibkarlıq növü yaradılır





A+  A-

Azərbaycanda mikrosahibkarlıq fəaliyyət növünün yaradılması nəzərdə tutulur.
XəzərNews.az xəbər verir ki, bu məqsədlə “Kiçik sahibkarlığa dövlət köməyi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunlara eyni mahiyyətli dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliklər layihələri Milli Məclisin oktyabrın 12-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Bildirilir ki, kiçik sahibkarlıq subyektləri dedikdə "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik və mikro sahibkarlıq subyektləri başa düşülür.

Həmçinin, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda göstərilir ki, 18.1-ci maddədə birinci, ikinci və üçüncü cümlələrdə "orta və kiçik" sözlərinin, “orta, kiçik və mikro" sözləri ilə əvəz edilsin. Eyni zamanda, üçüncü cümlədə "müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir" sözlərinin "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən edilir" sözləri ilə əvəz edilməsi təklif olunur.

Xəbər 3263 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +