Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


10.02.2018  18:24 

Eldar Əzizov hadisə yerində - Bayılda vəziyyət ciddidir





A+  A-

“Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür”.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

Onun sözlərinə görə, sakinlər bir illik kirayə pulu ilə təmin olunacaq.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.

Xəbər 3362 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +