Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


29.08.2025  15:21 

Məmurun adından buduqluları təhqir edən kimdir? - Açıqlama





A+  A-

Quba rayon İcra Başçısının Xucbala kənd üzrə icra nümayəndəsinin müavini Rauf Şixəmmədovun adından sosial şəbəkələrdə bölgədə yaşayan buduğlarla bağlı nümayiş etdirilən videonun şərh bölümündə təhqir dolu fadələr yazılıb.

Videonun altından guya R.Şixəmmədov “Kənd tapmadınız danışmağa?” deyə Buduq kəndinin videosunu paylaşan şəxsə irad bildirib:

“Niyə elə deyirsən, nə olub Buduğa?” cavabından sonra R.Şixəmmədovun adından açılan feyk profil sahibi Buduq kəndini Qubanın üz qarası adlandırıb və kənddə bir nəfər də olsun normal adam görmədiyini bildirib.

R.Şixəmmədov “Multikultural Azərbaycana” bildirib ki, onun ümumiyyətlə Tik-Tokda profili yoxdur:

“Məni təhqir edirlər, sübut etməsələr onlarla bağlı tədbir görəcəyəm. Yəqin ki, kimsə mənim adımdan bu işi görür. Təhqirlərinə görə, cavab verəcəklər. Vətəndaş haqqında yanlış məlumat vermək, yazmaq özü də bir cinayətdir. Mən dövlətə və dövlətçiliyə bağlı adamam, harda nə isə yazanda da arxasında dururam. Mənim öz həyat yoldaşım da Buduq kəndindəndir. Bütün bunlar çaxnaşma yaratmaq üçün edilib. Bir daha bəyan edirəm ki, bu mənə qarşı böhtandır”.





Xəbər 2604 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +