Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


08.09.2025  16:06 

“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq





A+  A-

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər kiberdələduzlar "Azərpoçt" MMC-nin adı və loqosundan sui-istifadə edərək vətəndaşlara qarşı məqsədli fırıldaqçılıq kampaniyası həyata keçirirlər.

XəzərNews.az xəbər verir ki, fırıldaqçılar SMS, zəng və ya saxta e-poçtlar vasitəsilə vətəndaşlara müəyyən məbləğdə vəsaitin ödənilməsi barədə yalan məlumatlar təqdim edirlər. Bu məqsədlə onları şübhəli və saxta keçidlərə yönləndirirlər. Sözügedən keçidlərdə sifarişin guya "ödəmə gözlənilir", "nağd pul gəlir", "nağd pul qorunur" və "çatdırılma təsdiqlənir" kimi uydurma statusları göstərilir. Daha sonra istifadəçiyə "Ödənişi almaq" düyməsi təqdim olunur. Düyməyə klik edildikdə istifadəçidən kart nömrəsi, kartın son istifadə tarixi, CVV/CVC kodu, eyni zamanda mobil nömrə tələb edilir. Məlumatlar daxil edildikdən sonra ya vətəndaşın bank hesabından birbaşa vəsait çıxılır, ya da bank mobil tətbiqinə giriş əldə edilərək hesab tam nəzarətə götürülür.

Məlumat üçün bildiririk ki, bu tip mesajlar adətən xarici nömrələrdən göndərilir. Saxta mesajların tərkibindəki məzmun əksər hallarda düzgün tərtib edilmir, sözlərin bir-biri ilə məntiqi əlaqəsi olmur. Vətəndaşlar onlara mesajda təqdim olunan keçidin URL-nin doğruluğunu da mütləq yoxlamalıdırlar.

Elektron Təhlükəsizlik Xidməti və "Azərpoçt" MMC vətəndaşları tanımadıqları mənbədən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağa, bank kartı və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyə çağırır. Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən - "Azərpoçt"un "169" Çağrı Mərkəzi və ETX-nin qaynar xətti - "1654", eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Xəbər 1584 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +