Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


10.05.2019  11:21 

181169 fermer qeydiyyatdan keçib





A+  A-

Bu həftə Şəmkir rayonunda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işlərinə başlanılıb. Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərə informasiya-məsləhət xidməti göstərəcək könüllülərə təlimlər keçirilib.
XəzərNews.az xəbər verir ki, artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 181 169 fermer qeydiyyatdan keçib. May ayının 10-na olan məlumata görə, Sabirabad rayonunda 11 789, Şəkidə 7278, Saatlıda 6739, Zaqatalada 6708, Biləsuvarda 6637, Cəlilabadda 6471 fermer yeni sistemdə özlərinə şəxsi kabinet yaradaraq, aqrar fəaliyyətlərinə dair məlumatları müvafiq bölmələrdə qeyd ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, fermerlər www.eagro.az saytına daxil olaraq özlərinə şəxsi kabinet yarada və aqrar fəaliyyətlərini EKTİS-də bəyan edə bilərlər:

“Fermerlərimizi bu prosesdə daha aktiv olmağa çağırırıq. Fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, “ASAN xidmət” mərkzələrində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq və Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyat proseduru ilə bağlı yarana biləcək sualları ünvanlaya bilərlər. Əməkdaşlarımız və könüllülərimiz bütün suallara tam şəkildə aydınlıq gətirəcəklər”.

Xəbər 1805 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +