“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


06.07.2022  09:05 

“Əlibəyli yaxınlığındakı hərbi baza təhdiddir” - Arif Hacılı





A+  A-

“Rusiyanın qərb istiqamətində iddialarının boşa çıxdığını anlayan Putin diqqətini şərqə, cənuba yönəldir. Rusiya Ermənistan ərazisində Tovuz rayonunun Əlibəyli kəndindən 1 km. məsafədə hərbi baza tikir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Müsvat Partiyasının başqanı Arif Hacılı çıxış edib.

A.Hacılı bildirib ki, dövlət sərhəddimizin yaxınlığında tikilən bu hərbi baza Azərbaycan üzərindən keçərək Gürcüstana, Türkiyəyə, oradan da Avropaya gedən neft-qaz kəmərləri də daxıl olmaqla bütün beynəlxalq kommunikasiyaların üzərindədir:

“Bu baxımdan həmin ərazidə Rusiya hərbi bazasının yerləşməsi yalnız Azərbaycan, yalnız region dövlətləri üçün deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid kimi qiymətləndirilməlidir. Azərbarbaycan hökuməti məsələni beynəlxalq müzakirəyə çıxarmalı, bu hərbi bazanın tikintisinin dayandırılmasına nail olmalıdır”.

Xəbər 2601 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +