“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


03.10.2018  17:21 

Latviya vətəndaşı Azərbaycandan üzr istədi





A+  A-

Latviya Respublikasının vətəndaşı, “IMPRO Travels LTD” tur agentliyinin əməkdaşı Harijs Egliens Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-dən XəzərNews.az-a verilən məlumata görə, o, məktubunda 2015-ci ilin oktyabr ayında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib.

H.Egliens bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək sözügedən səfərlə əlaqədar Azərbaycan dövləti və xalqından üzr istədiyini bildirib.

H.Egliens səfərlə əlaqədar təəssüfünü ifadə edərək Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib. O, həmçinin gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.

Sonda H.Egliens gələcəkdə Azərbaycana səfəri üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

Xəbər 1977 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +