200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


26.09.2020  13:21 

Bu aparat koronavirus testinin cavabını 39 dəqiqəyə verir





A+  A-

Nəticəni 39 dəqiqə ərzində öyrənməyə imkan verən koronavirus test sistemi yaradılıb.
XəzərNews.az xəbər verir ki, test sistemini dünyaca məşhur alman şirkəti “Bosch” istehsal edib. Bu barədə şirkət 25 sentyabrda yayımlanan press-relizində elan verib.

“Vivalytic analitik aləti üçün, SARS-CoV-2 patogenini müəyyən edə bilən yeni sürətli bir test hazırlayıb. Beləliklə, test nəticəsi 39 dəqiqə ərzində hazır olur. Hazırda dünyada PCR əsasında işləyən daha sürətli test yoxdur”,-deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, test sistemi operativ nəticə əldə etmək üçün səyyar test məntəqələrində, xüsusən hava limanlarında və avtodayanacaqlarda istifadə oluna bilər.

Şirkətin açıqlamasına əsasən, məhsul artıq Avropanın müxtəlif ölkələrində mövcuddur.

Bildirilib ki, test sistemi Alman Təhsil və Elm Nazirliyinin dəstəyi ilə hazırlanıb.

Xəbər 2093 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +