ADDA-da Ümummilli Liderin anım mərasimi keçirilib - Foto
Nazir vətəndaşlardan belə qaçdı -VİDEO
“Azərişıq“ın əməkdaşı facəvi şəkildə öldü
“Eldar Mahmudovun Mehdiyevlə əlaqələri olub“ - Sabiq nazir
Rusiyaya PUA hücumu ölənlər var
Xırdalanda yaşayış binasında yanğın
Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edildi
Zelenski Putinə Kupyanskdan cavab verdi
5 milyon ayrılıb, amma təmir getmir - Qalmaqal
Putin və Ərdoğan Aşqabadda görüşdü


11.12.2025  18:25 

Mehdiyevlə Şərurlu İsfəndiyar arasında əlaqə var - MƏHKƏMƏ





A+  A-

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

XəzərNews.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qazıyeva ekspert rəyinin nəticəvi hissəsini elan edib.

Ekspert bildirib ki, videodakı sözlər kəskin neqativ kimi qiymətləndirilsə də, təhqir deyil:

“Videodakı sözlər tənqid kimi dəyərləndirilməlidir. Orada səslənən ifadələr ümumişlək sözlər səviyyəsindədir, lüğətimizdə də var. Yəni burada təhqir yoxdur”.

Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov təqdim edilən rəyə etiraz edib. Qeyd edib ki, keçən dəfə də rəyə etiraz etdik, amma bu dəfə rəy həm də yazılı formada məhkəməyə təqdim edilib. Həmçinin ötən dəfə səsləndirən rəylə indiki rəy arasında ziddiyyət var:

“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru 2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti, Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasında “Bermud üçbucağı” kimi əlaqəsi var. Hesab edirəm ki, rəy qərəzlidir. Məhkəmədən yazılı şəkildə etirazı bildirmək üçün vaxt istəyirəm".

Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli buna etiraz edib: "Bu, sadəcə məhkəmə prosesinin uzadılmasına xidmət edir".

Hakim etiraz hüququnun olduğunu bildirib. İddiaçı tərəfə vaxt verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, sözügedən dövr ərzində AMEA-nın prezidenti Ramiz Mehdiyev olub.

Növbəti məhkəmə prosesi dekabrın 15-nə təyin edilib.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib.

Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.//Teleqraf

Xəbər 213 dəfə oxunub.




13.12.2025  11:38 

Rusiyaya PUA hücumu ölənlər var

12.12.2025  13:12 

Sabahın havası: Qar, yağış...

12.12.2025  11:46 

Tokayevdən dünyaya çağırış

12.12.2025  10:55 

Deputat vəfat etdi

12.12.2025  10:27 

Faktiki hava açıqlandı

12.12.2025  10:22 

Rafael Hüseynov istefa verir?

12.12.2025  09:54 

ПРОБЛЕМЫ ТУРАНА


BÜTÜN XƏBƏRLƏR +