Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


19.11.2021  16:43 

“Məni filmdən İlhamə Quliyeva çıxartdırdı“ - Roza/Video





A+  A-

Müğənni Roza Zərgərli 2005-ci ildə çəkilən "Adam ol" filmindən uzaqlaşdırılmasının səbəbini açıqlayıb.

Sənətçi bu haqda aparıcısı olduğu "Tam vaxtıdır" verilişində danışıb. O bildirib ki, filmdəki bütün kadrların silinməsini mərhum Xalq artisti İlhamə Quliyeva sifariş edib:

"Orada Sərxan Kərəmoğlunun sevgilisi və falçı obrazını oynamalı idim. Biletlərimizi aldı və çəkilişə getdik. On gün qaldıq, çəkildik. Amma film çıxanda mənim tamam uzaqlaşdırıldığımı gördüm. Çox az yerdə qalmışdım. O da ki, təyyarə səhnələri yenidən çəkilə bilmədiyi üçün. Zəng etdim ki, niyə filmdən çıxardın, o filmə görə dörd restorandakı işimdən uzaqlaşdırıldım. Dedi ki, gəncsən, hələ çox yerdən çıxarılacaqsan. Oturdum ağladım. Əslində İlhamə Quliyeva məni çıxartdırmışdı. İndi məni ona bənzədəndə deyirəm ki, xasiyyətcə bənzəmərəm, zahirən ola bilər".

Sərxan isə "Qadın hər kəsə qısqanc idi. Bu, Allahın ona verdiyi böyük bədbəxtçilik idi. Məcbur qalıb etdim bunu. Filmə sponsorluq edən şəxsin başı ağrımasın deyə, etdim" söyləyərək, İlhamə Quliyevanın sifarişini yerinə yetirdiyini etiraf edib.



Xəbər 4220 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +