ETX: “Telegram“ da yeni dələduzluq halları müşahidə olunur
Xəzər Universitetinə yeni rektor təyin edildi
Bakı Sağlamlıq Mərkəzində nə baş verir?
Kiyevdə azərbaycanlı ata-oğul güllələndi
“Görüş”də normativ tələblər pozulub
Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub


04.02.2018  14:16 

Xızıda 20 partlamamış hərbi sursat tapılıb





A+  A-

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, fevralın 3-də həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 20 ədəd partlamamış hərbi sursat (PHS), 149 ədəd partlamış-yanmış mərmi qalıqları və 187 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 725 000 kv.m (72.50 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 125 gün ərzində 25 753 ədəd partlamamış hərbi sursat (PHS), 19 765 ədəd partlamış-yanmış sursat qalıqları və 104 282 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 97 214 706 kv.m (9 721 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər 2906 dəfə oxunub.




03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu

03.09.2025  10:19 

Tiktoker Xosrov həbs olundu

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib


BÜTÜN XƏBƏRLƏR +