200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.06.2018  13:54 

60 min manatı oğurlayanlar tutuldu





A+  A-

Qubada oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıb.
DİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, iyunun 13-də Quba rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub. RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olmaqla, oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Kərimov və Məmmədşah Rüstəmov saxlanılıb.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər, zərərçəkənin evinə gizli yolla girərək oradan ümumi dəyəri 3000 manat dəyərində olan qızıl-zinət əşyaları və 60 manat nağd pulu götürdüklərini, oğurladıqları qızıl-zinət əşyalarını Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Aparılan istintaq araşdırmaları zamanı Fərid Kərimovun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, o, 2017-ci ildə həmin ünvandan xalasına məxsus 2000 manat pulu gizli yolla talayaraq oğurluq edib

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1501 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +