200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.05.2018  11:56 

Azərbaycana yarım tondan çox heroin keçirmək istədilər





A+  A-

İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.
XəzərNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1644 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +