200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


01.05.2018  10:15 

Sərhədi pozmaq istəyən 5 əcnəbi saxlanıldı





A+  A-

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən 5 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.
XəzərNews.az-ın məlumatına görə, hadisə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının ximəti sahəsində “Pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən arxa istiqa­mət­dən mühəndis çə­pərinə yaxınlaşan 5 nəfər naməlum şəxs müşa­hidə olunub və hərə­kətləri nəzarətə götürülüb.

Həmin şəxslər sər­həd zastavasının mü­həndis çəpərindən keçməyə cəhd edərkən sərhəd naryadı tərə­findən sərhəd pozucusu qismində saxlanılıblar.

Araşdırma zamanı Azərbay­candan İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslərin Şri-Lanka vətəndaları - 1987-ci il təvəl­lüdlü Kunarathinam Thuvisan, 1977-ci il təvəllüdlü Sellakılı San­thı­rakumar, 1983-cü il təvəllüdlü Ratnasingam Satheesku­mar, 1994-cü il təvəllüdlü Gu­nasl­gar Kamstan və 1978-ci il təvəllüdlü Anthony Cross Anthony Belder olmaları müəyyən olunub.

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xəbər 1333 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +