“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


03.01.2024  10:05 

Son 24 saat: 57 hərbi toqquşma baş verib





A+  A-

Son 24 saat ərzində Ukrayna hərbçiləri ilə Rusiya ordusu arasında 57 hərbi toqquşma baş verib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 3-də məlumat verib.

“Ruslar Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 89 raket və 72 aviasiya zərbəsi, həmçinin 48 raket zərbəsi endirib. Həmçinin Çerniqov, Sumı, Xarkov, Luqansk, Donetsk, Zaporojye Xerson və Nikolayevdə 120-yə yaxın yaşayış məntəqəsi, bölgələr artilleriya atəşinə məruz qalıb”, - məlumatda deyilir.

Son 24 saat ərzində Ukrayna aviasiyası rusların şəxsi heyətinin cəmləşdiyi 12 əraziyə zərbələr endirib. Ukrayna raket qüvvələrinin bölmələri şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi iki ərazini, 3 zenit-raket kompleksini, 2 idarəetmə məntəqəsini, artilleriya sistemini, radar sistemini və yanacaq-sürtkü materialları anbarını vurub.

Baxmut istiqamətində Ukrayna hərbçiləri Donetsk vilayətinin Boqdanovka, Kleşçeevka və Andreevka ərazilərində rusların 6 hücumunu dəf edib.



Xəbər 1245 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +