Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


17.02.2021  16:18 

AZAL-dan Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət





A+  A-

“Azərbaycan Hava Yolları” QSC Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib.
XəzərNews.az xəbər verir ki, hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlərin buraxılacağı qeyd olunub.

Arayış rus və ya ingilis dillərində təqdim edilməlidir. Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.

Azərbaycanda “COVID-19” testindən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.azal.az/az/information/covid-clinics

Xatırladaq ki, AZAL bu gündən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayıb. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.

Fevralın 18-dən isə “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı). Uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.

Xəbər 4072 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +