Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?
Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?


12.06.2017  18:39 

Ən bahalı futbolçular açıqlandı - SİYAHI





A+  A-

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) transfer qiyməti ən baha olan futbolçuların siyahısını açıqlayıb.
XəzərNews.az quruma istinadən xəbər verir ki, siyahıda dəyəri 40 milyondan çox olan və “TOP 5” liqalarda forma geyinən 192 futbolçu yer alıb.

CİES-in dəyərləndirməsinə görə, transfer qiyməti ən yüksək qiymətləndirilən futbolçu “Barselona”nın ulduzu Neymar olub. 25 yaşlı Braziliyalı futbolçuya 210,7 milyon avro dəyər qoyulub. Neymarın qiymət qış transfer dövründə isə 246,8 milyon avro dəyərləndirilirdi.

Qışda 170,5 milyon avro ilə 2-ci pillədə olan Lionel Messi bu dəfə 151,7 milyon avro ilə 4-cü pilləyə geriləyib.

Hazırda 2-ci pilləni 155,1 milyon avro ilə “Tottenhem”in 21 yaşlı ulduzu Dele Alli tutur. Onun komanda yoldaşı, 23 yaşlı Harri Keyn isə 153,6 milyon avro ilə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, dəyərləndirmə futbolçuların yaşı, müqavilənin bitməsinə qalan vaxt, oynadığı mövqe, göstərdiyi performans, oynadığı klubun əldə etdiyi nəticə, milli komandada çıxışı və sair göstəricilərə əsasən aparılıb.

İlk 15-də yer alan futbolçuları təqdim edirik:

1. Neymar (“Barselona”) - 210,7 milyon avro

2. Dele Alli (“Tottenhem”) - 155,1 milyon

3. Harri Keyn (“Tottenhem”) - 153,6 milyon

4. Lionel Messi (“Barselona”) - 151,7 milyon

5. Antuan Qriezmann (“Atletiko Madrid”) - 150,3 milyon

6. Luis Suarez (“Barselona”) - 140,8 milyon

7. Pol Poqba (“Mançester Yunayted”) - 134,3 milyon

8. Qonzalo Hiquayn (“Yuventus”) - 120,2 milyon

9. Eden Hazard (“Çelsi”) - 117,2 milyon

10. Paulo Dibala (“Yuventus”) - 115,3 milyon

11. Kriştiano Ronaldo (“Real Madrid”) - 112,4 milyon

12. Kevin De Brüyne (“Mançester Siti”) - 110,5 milyon

13. Romelu Lukaku (“Everton”) - 105,4 milyon

14. Robert Levandowski (“Bavariya”) - 100,6 milyon

15. Raheem Sterlinq (“Mançester Siti”) - 98,8 milyon

Xəbər 1773 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +