Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


27.04.2017  09:14 

“Boş ay” gəlir, şadlıq evləri qan ağlayır





A+  A-

Azərbaycanda may ayında toy mərasimlərinin keçirilməsi ilə bağlı qəribə bir ənənə mövcuddur. Böyük əksəriyyət "mayda toy etməzlər, boş aydır, düşər-düşməzi var" deyimini əsas götürərək, bu ayın həqiqətən də uğursuz olduğuna və xeyir gətirməyəcəyinə inanır, mayda xeyir iş görməkdən vaz keçirlər. Halkbuki, son illər mediada çıxış edən dini ekspertlər, sosioloqlar bu iddiaları cəfəngiyyat adlandırıblar. Di gəl, insanlar hardan gəldiyi bilinməyən iddialara inanmaqda davam etməkdədirlər.
Bu vəziyyət isə təbii ki, toy mərasimlərinin keçirldiyi şadlıq evləri və restoranların biznesinə əməlli-başlı zərər vurur.

Bəs bu il vəziyyət necədir, şadlıq evləri astanasında olduğumuz may ayı üçün toy sifarişləri alıblarmı?
XəzərNews.az bildirir ki, Modern.az saytı suala cavab almaq üçün bir neçə restoranla əlaqə saxlayıb.

"Neolit” şadlıq sarayında ümumiyyətlə toy etmək istəyənlərin sayı azalıb.
"Mayda toyların keçirilməsi üçün sifarişlərimiz də var. Amma bunun sayı çox azdır. El arasında “may boş aydır” deyiminin də bir tərəfdən toyların azalmasına təsiri var. Bu, nəinki bizə, bütün restoranlara təsir göstərir. Menyuda olan qiymətlər də bir o qədər baha deyil. Hər halda həmişə mayda toyların sayı az olur. Bu il də həmçinin”.

Amma “Gənclik” şadlıq sarayında mayda toy etmək istəyənlərin sayı heç də az deyil.
“Bizdə mayda toy etmək istəyənlərin sayı çoxdur. Sifarişlərin sayı barədə isə məlumat verə bilmərik. Onu deyə bilərik ki, əvvəlki illərlə müqayisədə bu il mayda toy etmək istəyənlərin sayında artım var”.

“Yeganə” şadlıq sarayında da ümumiyyətlə toy etmək istəyənlərin sayı azalıb.
“Adi günlərdə toy olmur, qaldı ki, mayda toy etmək istəyən olsun. Gələn ay üçün cəmi 3-4 sifarişimiz var. Ölkə ərazisində böhrandır. Toyların sayı həddindən artıq azdır. May ayı ilə bağlı qəribə inam var, insanlar toy etmək istəmirlər. Restoranın sifarişçilərə təqdim etdiyi menyunun qiymətləri də çox baha deyil”.

“Xəmsə” şadlıq sarayından bildiridilər ki, son illər mayda toy edənlərin sayında artım var.
“ Mayda toy etmək istəyənlərin artıq bir neçəsi bizə müraciət edib. Hazırda 9-10 toy üçün sifariş almışıq. Həm də bu il orucluq mayın 27-nə düşür. Bu da toyların sayının artmasına təsir edən amillərdən biridir”.

“Monte Karlo” şadlıq sarayında da sakitçilikdir.
“Bir neçə toy sifarişimiz var. Amma sayı çox azdır. Qiymətlər də çox da baha deyil. Amma bu il orucluğun mayın sonunda olmağı toyların sayının artmasına təsir edir. Di gəl, yenə də sayı çox azdır”.

“Su sonası” şadlıq sarayından deyiblər ki, mayda toy etmək istəyənlərdən az sayda sifariş alıblar.
“Bu, bizim restoranda olan qiymətlərin sərfəli olması ilə bağlıdır. Həm də insanlarda “may ayında toy etmək olmaz” düşüncəsinin tədricən yoxa çıxması ilə bağlıdır. Bizim fikrimizcə, toy etməyin elə əsl vaxt maydır. Çünki yaz fəslinin ən gözəl vaxtı maydır. Əvvəlki illərlə müqayisədə də bu il mayda toy etmək istəyənlər heç də az deyil”.

“Ay işığı” şadlıq sarayından bildirilib ki, sifarişlər demək olar ki, yox dərəcəsindədir.
“Ümumiyyətlə, hər il mayda toylar az olur. İl ərzində yalnız 4-5 ay toy mövsümü üçün yaxşı olur. Yalnız yanvardan başlayaraq aprelə qədər toy sifarişlərinin sayı artmağa başlayır. Mayda isə toyun sayı azalır. Amma bu il digər illərə baxanda yaxşıdı. Bu həm də orucluqla əlaqədardır”.

Xəbər 1574 dəfə oxunub.



14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +