Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


13.10.2020  12:06 

“TAP” kəmərinin tikintisi başa çatdı





A+  A-

4 il yarım davam edən tikintidən sonra Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi başa çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə layihənin rəsmi internet səhifəsində məlumat verilib.

“TAP” boru kəməri ilə Apuliya vilayətində yerləşən (İtaliya) “Snam Rete Gas” təbii qaz paylama sistemi arasındakı bağlantı nöqtəsinin 2020-ci il noyabr ayının ortalarına qədər tamamlanması və qaz nəqlinə hazır olması gözlənilir.


Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan “TAP” Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsidir.

“TAP”ın ilkin gücü ildə iki dəfə artırılması imkanı ilə ildə 10 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya, 105 kilometri Adriatik dənizinin dibi və 8 kilometri isə İtaliya ərazisindən keçir.

“TAP”ın səhmdarları arasında BP (20% ), SOCAR (20 %), Snam - (20 %), Fluxys (19%), Enagás (16%), Axpo (5%) şirkətləri yer alır.



Xəbər 2651 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +