Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


21.06.2019  10:16 

Dövlətin təhlükəsizliyinə onlar cavabdeh olacaq





A+  A-

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamlarla ölkədə növbəti kadr dəyişikliyi baş verib. Belə ki, Vilayət Eyvazov Daxili İşlər naziri, Əli Nağıyev isə DTX rəisi təyin edilib.
XəzərNews.az xəbər verir ki, hər iki şəxs ictimaiyyət arasında kifayət qədər tanınır.

Eyvazov Vilayət Süleyman oğlu

1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.

2005-ci ildən Daxili İşlər nazirinin müavini, 2016-cı ildən isə nazirin birinci müavini təyin olunub. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Bayrağı”, 2-ci dərəcəli "Vətənə xidmətə görə", 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “İgidliyə görə” medalı ilə təltif olunub.

V. Eyvazova 2006-cı ildə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

Nağıyev Əli Nağı oğlu

1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. 2006-cı ildə isə general-mayor hərbi rütbəsi verilib.

11 aprel 2011-ci il tarixli sərəncamla Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.

Elə həmin il Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Ötən il isə Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Xəbər 1711 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +