Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


30.05.2019  12:08 

Qalmaqallı “plyonka” açıqlaması - Əvvəl “olar”, sonra “olmaz” dedi





A+  A-

Son günlər şəhərdə avtomobilin ön və arxa yan şüşələrinə 100 faizlik “plyonka” vuran sürücülərin sayı sürətlə artır. Artıq bir neçə belə maşının fotoları da yayımlanıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu məsələni ictimailəşdirən radio aparıcısı Tural Yusifov “qaraya bürünən” avtomobillərin şəklini paylaşıb.

Daha sonra isə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polkovnik Vaqif Əsədovun oxu.az saytında bu barədə müəmmalı açıqlaması yayılıb. V.Əsədov bildirib ki, bundan sonra avtomobillərin arxa şüşələrinə pərdə və plyonka çəkilməsinə görə sürücülər cərimələnməyəcək.

Qeyd edək ki, polkovnikin bu açıqlaması qanunaziddir, çünki “plyonka”ların vurulması qadağandır, jalüzlərə isə küləyə qarşı olan şüşələrdə 75 faiz, küləyə qarşı olmayanlarda isə 70 faiz tündlüyə icazə verilir.

V.Əsədovun sözügedən fikirləri geniş müzakirələrə səbəb olub.

Daha sonra polkovnik onun adından yayılan bu ifadələri təkzib edib: “Avtomobillərə pərdə və plyonka vurulması ilə bağlı qanunda heç bir dəyişiklik edilməyib. Qanun “yox” deyirsə, mən necə “hə” deyə bilərəm? Bu yazılanlar hamısı şayiədir”.

Aparıcı T.Yusifov bildirib ki, son bir neçə gün ərzində təxminən 300 avtomobil ön və arxa şüşələrə, ümumiyyətlə, maşının bütün şüşələrinə 100 faiz tündlüyə malik “plyonka” vurulub. O əlavə edib ki, yol polislərinin Avroliqanın final oyununda təhlükəsizlik tədbirlərinə cəlb olunduğu üçün dünən başqa işlərə çox da vaxt ayıra bilməyiblər. Sabah yaxud iyunun 1-dən bu cür “plyonka”ların sökülməsinə başlanılacaq.

Bu cür “plyonka”dan istifadə edən sürücüləri 150 manat cərimə gözləyir.





Xəbər 1371 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +