Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


01.07.2018  11:45 

ABŞ-dan Ş.Koreya açıqlaması - “Aldadıldıq”





A+  A-

ABŞ-ın xüsusi xidmət orqanları hesab edirlər ki, Şimali Koreya özünün nüvə arsenalından tam əl çəkməyə hazırlaşmır və bir sıra silahların mövcudluğunu ört-basdır etmək üçün yollar axtarır.
XəzərNews.az “Deutsche Welle”nin türkcə xidmətinə istinadən xəbər verir ki, ABŞ rəsmiləri Ş.Koreyanın Yonqbyondakı nüvə yanacağı istehsalı sahəsində birdən çox qurğunun olduğuna inanır.

“Döyüş başlıqlarının, raketlərin miqdarını, həmçinin nüvə qurğularının növ və sayı ilə bağlı bizi aldatmağa davam edirlər. Amma biz hər şeyi yaxından izləyirik”, - deyə adı açıqlanmayan yüksək vəzifəli mənbə bildirib.

ABŞ xüsusi xidmətlərinin fikrincə, Ş.Koreya məxfi nüvə obyektlərində, o cümlədən nüvə raketləri üçün yanacaq istehsalı üzərində işləməkdə davam edirlər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında iyunun 12-də Sinqapurda keçirilmiş tarixi görüşdə Koreya yarımadasının tam nüvəsizləşdirilməsi barədə razılaşma əldə olunub.

Xəbər 1085 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +