Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


04.10.2021  11:39 

Peyğəmbərin karikaturalarını çəkən isveçli rəssam yanaraq kül olub - Foto





A+  A-

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən isveçli rəssam Lars Vilks maşınında yanaraq kül olub.

XəzərNews xəbər verir ki, Vilks və onun iki polis mühafizəçisinin olduğu avtomobil bazar günü İsveçin cənubunda Krunoberq əyalətinin Markarid kəndi yaxınlığındakı E4 magistralında yük maşını ilə toqquşub. Toqquşma zamanı zərbənin gücündən hər iki avtomobil alışaraq yanıb. 75 yaşlı Vilkslə yanaşı onun mühafizəçiləri də ölüb, yük avtomobilinin sürücüsü isə ciddi xəsarət alıb.

Qeyd edək ki, Vilks Məhəmməd peyğəmbərin it cismində təsvir olunan eskizinin müəllifidir. 2007-ci ildə həmin eskiz İsveçin “Nerikes Allehanda” qəzetində dərc edilmişdi. Bu fakt həm İsveçdə, həm də bütün dünyada müsəlmanlarla yanaşı, normal düşüncəli digər dini əqidə sahiblərinin də qəzəbinə səbəb olmuşdu. O vaxtdan bəri Vilks polis mühafizəsi altında yaşayırdı.



Dünyanın bəzi məşhur aparıcı KİV-ləri hüquq-mühafizə orqanlarının heç bir müvafiq rəyi olmadığına baxmayaraq, Vilksin qəzada öldüyünü yox, məhz öldürüldüyünü tirajlamağa çalışırlar.

Xəbər 2698 dəfə oxunub.



24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +