Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


15.09.2020  09:48 

ABŞ-da yanğın qurbanlarının sayı artdı





A+  A-

ABŞ-ın Oreqon ştatında təbiət yanğınları nəticəsində 10 nəfər həlak olub, daha 22 nəfər itkin düşmüş hesab edilir.
XəzərNews.az-ın “TASS”a istinadən məlumatına görə, bu barədə bazar ertəsi ştatın Fövqəladə Hallar üzrə İdarəsinin rəhbəri Endrü Felps və qurbernator Keyt Braun mətbuat konfransında bildiriblər.

“Təəssüf ki, yanğınlarla bağlı on qurbanın olması barədə öyrəndik. Bunu bizim məhkəmə-tibb ekspertlərimiz təsdiqlədi”, - Braun məlumatlandırıb. Qubernator bildirib ki, təbii fəlakət qurbanlarının sayı artacaq.

“Bugünkü vəziyyətə görə, yanğınlarla əlaqədar 22 nəfər itkin düşmüş sayılır”, - Felps deyib.

“CNN” telekompaniyasının məlumatına görə, ABŞ-ın qərbində təbiət yanğınlarının qurbanlarının sayı artaraq 34-ə yüksəlib. Daha ağır vəziyyət Oreqon və Kaliforniya ştatlarında qalmaqdadır. Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzinin məlumatlarına görə, on qərb ştatında 87 iri meşə yanğını yanıb-sönür. Onların ümumi sahəsi, təxminən, 1,8 milyon hektardır.

Xəbər 1541 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +