Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


09.09.2019  19:46 

Kraliçadan “Brexit”lə bağlı qadağa





A+  A-

Böyük Britaniya kraliçası II Yelizaveta Avropa Birliyi ilə hər hansı yeni saziş olmadan “Brexit”i (ölkənin Avropa Birliyindən çıxmasını nəzərdə tutur- red.) qadağan edən qanun layihəsini təsdiqləyib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qanun layihəsi Baş Nazir Boris Consonun planları ilə ziddiyyət təşkil edir. Belə ki, Conson hər hansı saziş və razılaşma olmadan ölkənin AB-dən çıxmasını oktyabrın 31-dək yekunlaşdırmaq niyyətində idi.

Kraliçanın imzaladığı sənədə əsasən isə, oktyabrın 19-da Böyük Britaniya və AB arasında hər hansı yeni saziş imzalanmayacaqsa, Baş Nazir “Brexit”in gerçəkləşməsi vaxtını 31 oktyabrdan 2020-ci ilin 31 yanvarınadək təxrə salınması üçün Belçikadan möhlət istəməlidir.

Kraliçanın imzaladığı sənəd hökumətin etirazına baxmayaraq, parlament tərəfindən təsdiq olunub.

Xəbər 1576 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +