Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


01.06.2021  15:54 

Köçəryan Azərbaycanın Zəngəzuru almaq imkanları haqda danışdı





A+  A-

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hesab edir ki, Azərbaycanın Zəngəzurdan (Sünik) Naxçıvana dəhliz açmaq üçün nəzəri imkanları var, amma Rusiyanın Ermənistandakı hərbi iştirakı bunun qarşısını alır.
RBK agentliyinə müsahibəsində Köçəryan bildirib ki, onun KTMT-dən xüsusi gözləntiləri yoxdur. Amma Ermənistan-Rusiya ikitərəfli hərbi müttəfiqlik müqavilələləri əsas çəkindirici amildir.

“KTMT-dən hansısa xüsusi gözləntilərim yoxdur. Mən bu haqda publik olaraq danışıram. Ermənistan hakimiyyəti hansısa mənada əlindən gələni edib ki, bizim KTMT ilə münasibətlərimizi korlasın. Yuri Xaçaturovun (KTMT-nin keçmiş baş katibi) işi məlumdur...Üstəlik ikitərəfli planda Azərbaycanın KTMT ölkələri ilə daha isti münasibətləri var. Rusiya əlbətdə, ayrı məsələdir. Lakin orada qərarlar kollektiv qəbul olunur”,-Köçəryan bildirib.

Keçmiş erməni prezidentinin dediyinə görə, Paşinyanın onun guya 1999-cu ildə Mehrini Azərbaycana verməyə razılaşdığı haqda dedikləri boş şeydir, sabun köpüyündən yapışmaq cəhdidir. “Bu adam verilməsi mümkün olan nə varsa, verib. Və əgər nəsə qalıbsa ancaq Rusiyanın səyləri sayəsində qalıb”,-Köçəryan deyib.

O, qeyd edib ki, müharibədən sonra Ermənistanda Rusiyaya münasibətin necə dəyişdiyini qarşıdakı seçkilər göstərəcək.

“Mənim qənaətim belədir: cəmiyyətimizin böyük əksəriyyəti Rusiyaya regionda təhlükəsizliyin əsas qarantı kimi baxır. Regionda Türkiyə amili artıb, amma Rusiya Türkiyənin təsirini məhdudlaşdıra biləcək yeganə ölkə olaraq qalır”,-Köçəryan bildirib. (virtualaz.org)

Xəbər 2527 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +