Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


10.01.2025  17:08 

Oleq Bakinskinin məhkəmə prosesi başlayıb





A+  A-

Kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinin məhkəməsi başlayıb

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. Prosessual qaydalara uyğun olaraq, təqsirləndirilən şəxslər tərcüməçi ilə təmin olunub.

Təqsirləndirilən Oleq Krapivin milliyyətinin rus olduğunu bildirib: “Mən bakılıyam, Azərbaycanca sərbəst anlayıram və oxuyuram. Tərcüməçiyə ehtiyacım yoxdur”.

Konstantin Kuçerin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb: “Banklarda, zərərçəkmiş şəxslər arasında bağlanılmış müqavilələr araşdırılsın. Müstəqil auditor cəlb olunsun və cinayət işində onun rəyi nəzərə alınsın”.

Zərərçəkmişin köynəyində qana bənzər ləkələr olub, amma o ləkədən götürülən nümunələrə cavab yoxdur. Təklif olunub ki, sözügedən ləkədən bioloji nümunə götürülərək ekspertizaya verilsin.

Oleq Krapivinin vəkili Xeyransa Babayeva cinayət işinin ayrı-ayrılıqda icraata verilməsini istəyib: “Onlar eyni maddələr üzrə ittiham olunsalar da, Konstantin dələduzluqda da təqsirli bilinir. Həmçinin cinayət işi az ağır cinayətlər kateqoriyasına daxildir. Müvəkkilim barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edirəm”.

Proesdə məlum olub ki, Konstantin Kuçer 2010-2011-ci illərdə Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışıb.

O, İspaniyada qaçaqmalçılıqla təqsirli bilinib və beynəlxalq axtarışa verilib.

Məhkəmə iclasda verilən vəsatətləri təmin etməyib.

Xəbər 2392 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +