Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi
Astara İcra Hakimiyyətinin tenderi ləğv edilib
İcra başçısını söydü, 100 manat cərimə olundu
ABŞ prezidenti mənə evakuasiya təklifi etdi - Zelenski
Avqustda 39 kiberhücum müəyyən olunub
Putin və Zelenski danışıqlara hazır deyillər - Tramp
Yeniyetmə su kanalında boğulub
Generalın oğlu İngiltərədə şirkət açdı - Foto


23.08.2022  15:18 

2 ayın şirkəti 120 minlik tenderləri necə udur?





A+  A-

Quba rayon Psixonevroloji Reabilitasiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “Ciara Trend” MMC (VÖEN- 1007613291) olub.

Quba rayon Psixonevroloji Reabilitasiya Mərkəzi abadlaşdırma xidmətləri üçün “Ciara Trend” MMC-yə 14 min 980 manat, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyim mallarının satın alınması üçün isə 24 min 960 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 39 min 940 manatlıq tender müsabiqəsinin qalibi olan “Ciara Trend” MMC tender elanından təxminən 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.

Quba rayon Psixonevroloji Reabilitasiya Mərkəzi tender elanını 03.08.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 31.05.2022-ci il tarixində qeydiyyata alınıb.

Onu da qeyd edək ki, cəmi 2 ay əvvəl yaranan bu şirkət artıq 2 tenderin də qalibi olmağı bacarıb. İlk tender müsabiqəsini dövlət qeydiyyatına alındıqdan təxminən bir ay sonra qazanıb. “Ciara Trend” MMC son 2 ayda Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 60 min 390 manatlıq, Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin isə 15 min 950 manat 10 qəpiklik tenderlərini udub.

Maraqlıdır ki, cəmi bir ay əvvəl yaranan şirkət Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinə laboratoriya üçün kimyəvi maddələr və avadanlıqlar satır. Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Nizamnamə kapitalı 10 manat olan “Ciara Trend” MMC -nin hüquqi ünvanı “Binəqədi rayonu, Mikrorayon 7, ev 11B”-də yerləşir. Qanuni təmsilçisi isə Fətullayev Romal Şakir oğludur./Yeniavaz.com

Xəbər 3204 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub

03.09.2025  14:05 

AFFA bu klubları cərimələdi

03.09.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

03.09.2025  12:06 

Nazirə yeni müşavir təyin olundu


BÜTÜN XƏBƏRLƏR +