XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


29.05.2023  09:44 

Narkokuryerlik edən qadın saxlanılıb





A+  A-

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Lamiyə Məmmədova saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə - heroin aşkarlanıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, əməliyyat tədbirlərinin davamı olaraq L.Məmmədovanın yaşadığı ünvana keçirilən baxış zamanı oradan 5 ədəd sellofan torbada qablaşdırılmış və ümumi çəkisi 5 kiloqram 120 qram olan heroin, eləcə də bir ədəd elektron tərəzi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı saxlanılan qadın sosial şəbəkədə tanış olduğu İran Respublikasının vətəndaşına narkokuryerlik etdiyini etiraf edərək, aşkarlanan narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, L.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər 2777 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +