Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü
XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ


20.10.2020  11:54 

Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı





A+  A-

“Koronavirusa yoluxan şəxslərdə sonradan bir sıra fəsadlar, o cümlədən əqli inkişafda problem yarana bilər”.
XəzərNews.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, pulmonoloq Gülzar Əliyeva bildirib.

O qeyd edib ki, lakin bu, hər bir yoluxanda müşahidə edilmir, belə halların rastgəlmə faizi aşağıdır:

“Bəzən deyirlər ki, koronavirus ağciyərləri zədələyir, amma əslində bu virus bütün orqanların fəaliyyətinə - qan-damar, sinir sisteminə təsir edə, müqavimət sistemini poza bilər. Bu virusun o qədər geniş spektrli kliniki simptomları var ki, demək olmaz ki, bu şablon əlamətlər hər xəstədə koronavirusa aiddir. Asimptomatik koronavirusdan ən ağır gedişli koronaviruslara qədər rast gəlirik. Müşahidə olunan əlamətlərə əzginlik, əzələlərdə döyülmə hissinin olması, adi qrip, soyuqdəymə, tərləmə əlamətləri, boğaz ağrıları, temperatur və s. aid ola bilər. Lakin bir çox “COVID” xəstələrində temperatur müşahidə edilmir. Hər hansı qeyri-adi simptomun ortaya çıxmasına görə diqqəti daha da artırmalı, insanlar həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar”.

G. Əliyeva bildirib ki, bu virus yayılan ilk dövrlər daha çox yaşlı insanları zədələyirdi. Lakin hazırda yaşlılar, xəstəliyi olanlarla yanaşı, heç bir xəstəliyi olmayan insanlar da “COVID”ə yoluxur:

“Uşaqlar xəstəliyi yüngül keçirdiklərindən heç kim onlara fikir vermirdi, onlar get-gedə yaxınlarını da yoluxdururdular. Əvvəllər daha çox yanaşı xəstəliyi olanlar bu virusa yoluxurdusa, artıq faktlar göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insan da zədələnə bilər. Sadəcə həmin insanın bir faktoru, məsələn, xroniki yorğunluq, düzgün qidalanmama və sair olmalıdır”.

Xəbər 2935 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +