Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü
XİN-dən Paşinyana cavab
Məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ


07.08.2020  14:11 

SOCAR-ın zavodunda yanğın - Yaralılar var + Yenilənib





A+  A-

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-propilen zavodunda yanğın baş verib.
XəzərNews.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.



www.instagram.com

Daha ətraflı

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

Yanğında səkkiz nəfər xəsarət alıb.

***

FHN Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yanğın nəticəsində 7 nəfərlə bağlı təcili tibbi yardım xidmətinə müraciət daxil olub: “Onlardan birinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb, 6 nəfər xəsarətlə isə Yanığ Mərkəzinə yerləşdirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır”.

***

Yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən söndürülüb.

Xəbər 1911 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +