İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


02.07.2021  09:38 

Ukraynada 30 ildir gözlənilən qanun qəbul edildi





A+  A-

Ukrayna parlamentində Krım tatar türkləri, karaimlər və krımçakların ölkənin yerli xalqı olaraq qəbul edilməsini nəzərdə tutan tənzimləmə qanuniləşib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin təklifi ilə parlamentin gündəminə gətirilən “Ukraynanın yerli xalqları qanun layihəsi” ümumi iclasda səsverməyə qoyulub.

Layihə səsverməyə qatılan 345 millət vəkilindən 325-nin dəstəyi ilə qəbul edilib.

Tənzimləməyə görə, tatar, karaim və krımçak xalqları Ukraynanın yerli xalqı olaraq tanınacaq.

Ölkədə yaşayan ruslar isə Ukrayna sərhədlərindən kənarda dövlətə malik olduqları üçün yerli xalq olaraq qəbul edilməyəcək.

Yerli xalqların assimilyasiya, etnik köklərinin, mədəni dəyərlərinin məhv edilməsi, zorla yurdlarından çıxarılmaları və köçürülmələrinə qarşı hüquqları təmin ediləcək.

Ukraynanın yerli xalqlarının mədəniyyət, təhsil, dil və məlumat əldə etmək hüquqları zəmanət altında olacaq.

Yerli xalqlar öz təhsil qurumlarını formalaşdıra biləcək, ya da digər təhsil qurumları ilə dillərinin, tarixlərinin, mədəniyyətlərinin öyrədilməsi məqsədilə əməkdaşlıq edə biləcək.

Onlar özlərini təmsil edən orqanlar vasitəsilə öz media qurumlarını qurmaq hüququ qazanacaqlar.

Qeyd edilib ki, Krım tatarları 30 ildir bu qanunun qəbulunu gözləyirdi.

Xəbər 2263 dəfə oxunub.




13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +