Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


01.03.2021  17:24 

Sarkozi 1 il həbsdə qalacaq





A+  A-

Fransanın keçmiş Prezidenti Nikolya Sarkozi korrupsiya və nüfuz alverində ittiham olunur. Eyni zamanda prokurorluq, Nikolya Sarkozinin kassasiya məhkəməsinin bir əməkdaşına rüşvət verməyə çalışdığını iddia edir.
XəzərNews.az xəbər verir ki, Paris məhkəməsi keçmiş Fransa Prezidenti Nikolya Sarkozini korrupsiya və nüfuz alverində təqsirləndirərək üç il həbs cəzasına məhkum edib. Həbs cəzasının bir ili həqiqi bir müddət, ikisinin isə təxirə salınmış müddət olacağ bildirilib.

Bununla yanaşı Sarkozi, prezidentlik kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair istintaq məlumatlarını Fransa kassasiya məhkəməsinin əməkdaşı olan Jilber Aziberdən qanunsuz şəkildə əldə etməyə çalışmaqda günahlandırılır. Belə ki, Sarkozi vəkili Tierri Erzog vasitəsi ilə Aziberə Monakoda prestijli vəzifə almasına kömək edəcəyinə söz verib. Sübut kimi isə Sarkozi ilə Erzog arasında 2013-2014-cü illərdə tutulan telefon danışıqlarının səs yazıları göstərilib. Bu söhbətlər zamanı həmsöhbətlər heç vaxt bir-birlərini əsl adları ilə çağırmayıblar və Sarkozi Pol Bismut təxəllüsündən istifadə edib. Lakin, ekspertiza danışan şəxsin keçmiş prezident olduğunu müəyyənləşdirə bilib.

Sarkozinin vəkili Jaklin Laffont, telefon danışığına qanun pozuntusu kimi qiymətləndiriləcək faktın olmadığını bildirərək "Bu, sadəcə səmimi söhbət idi",-deyə qeyd edib.

Xatırladaq ki, 2012-ci ildə prezidentlikdən ayrılan Sarkozi korrupsiya ittihamları ilə üz-üzədir. Fransa, Sarkozinin 2007-ci il prezidentlik kampaniyasının Liviya lideri Müəmmar Qəddafi tərəfindən maliyyələşdirilməsini araşdırmağa davam edir.

Xəbər 4016 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +