Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


16.10.2019  16:34 

820 milyon adam aclıqdan, 2 milyard insan toxluqdan əziyyət çəkir





A+  A-

Bu gün Ümumdünya Ərzaq günüdür.
XəzərNews.az xəbər verir ki, bununla bağlı BMT-nin baş katibi Antonio Quterrenin müraciət yayıb:

“Aclığa son məqsədinə çatmaq üçün qlobal çağırışdır. Bu məqsəd qidanın hər kəs üçün, hər yerdə əlçatan və müvafiq qiymətə olmasını hədəfləyir. Lakin bu gün 820 milyondan çox insan kifayət qədər qidalana bilmir. İqlimlə bağlı fövqəladə vəziyyət ərzaq təhlükəsizliyi üçün artmaqda olan təhlükədir”.

O qeyni zamanda deyib ki, 2 milyard kişi, qadın və uşaq artıq çəki və ya piylənmədən əziyyət çəkir:

“Qeyri-sağlam qidalanma xəstəlik və ölüm riski daşıyır.

Dünyada, hər il 1 milyard tondan çox ərzağın israf edildiyi bir dövrdə aclığın artması qəbuledilməzdir. İstixana qaz emissiyalarını azaltmaq da daxil olmaqla, istehsal və istehlak modellərini dəyişməyin zamanı gəlib. Ərzaq sistemlərinin islahatı, bütün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün çox əhəmiyyətlidir.

Məhz buna görə də mən, 2021-ci ildə Ərzaq Sistemləri Sammitini təşkil etməyi ümid edirəm. Bu, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində Fəaliyyət Onilliyi çərçivəsinin bir hissəsidir. Bir insan övladı olaraq, aclıqdan azad bir dünya bizim üçün mütləqdir”.



Xəbər 3417 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +