Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi
Prezident elektrik stansiyasının açılışında iştirak edib
Sabiq partiya sədrinin oğlunun ölüm səbəbi açıqlandı
İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb


19.05.2024  21:46 

Diaspora quruculuğunda ziyalı hərəkatı - Bu necə mümkün olar?





A+  A-

Qədim və zəngin mədəniyyətli Azərbaycan xalqının 2020-ci il sentyabr ayının 27-də başlatdığı və 10 noyabrda qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsi, 2023-cü ildə tam olaraq ərazi bütövlüymüzün bərpa olunması və işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələndi. 2024-cü ildə isə Azərbaycan ərazisində yerləşən rus ordusu doğma torpaqlarımızı tərk etdilər.

Qızıl hərflərlə yazılacaq bu hadisələrin tarixi dünyanın bütün məktəb və universitetlərində yüksək maraqla öyrəniləcək, tədris olunacaq. Qeyd etmək gərəkir ki, bu qələbə ulu millətimizin iki yüzillik azad və qürurla yaşamaq həsrətinə son verərək, bir daha onun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Bir sıra beynəlxalq təşkilatlar, ölkələr isə Azərbaycanla münasibətləri daha da inkişaf etdirərək güclü dövlət olduğunu tanımaqdadırlar.

Vətən müharibəmizin qələbə günü - 10 noyabr 2020 il tarixi bütün azərbaycanlıların, o cümlədən diasporamızın həyatında yeni bir dövrün başlanığıcı olduğu təqdirə layiqdir.

Onu da demək lazımdır ki, 2014-cü ildə Rusyanın Avropanın ən böyük və qədim dövlətlərindən biri olan Ukraynanın bir sıra torpaqlarını, o cümlədən Kırım yarımadasını, Donbası işğal etməsi ilə əlaqədar davam edən böyük müharibə, ukraynalıların bu təcavüzə qarşı döyüş meydanlarında qəhrəmancasına vuruşaraq düşməni məğlubiyyətə uğratması nəticəsində yeni dünya düzəninin qurulacağını xüsusilə qeyd etmək vacibdir. Şübhəsiz bu gedişat diaspora hərəkatına da təsir göstərməkdədir.

Qeyd etmək lazımdır ki, son illərdə qürbətdə yaşayan vətənpərvər soydaşlarımızın cəmiyyətlərində xeyli işlər görülür, amma indiki zamanda daha da ayıq-sayıq olmamız və mübarizəmizi gücləndirməmiz gərəkir. İlk növbədə yaşadığımız ölkələrdə qeyd edilən amilləri nəzərə alaraq XXI əsrin tələblərinə uyğun Azərbaycanın və yaşadığımız ölkələrin milli maraqlarını müdafiə etmək üçün bütün dünyada diaspora təşkilatlarımzın daha da güclənməsinə ehtiyac var.

Bu necə mümkün olar?

Mühüm əhəmiyyət kəsb edən məsələlərin həlli ilə əlaqədar 2023-cü ildə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisi olunması, 2014-cü ilin may ayında Ukraynada qurulan Diaspora.TV-nin fəaliyyətinin 2024-cü ilin mart ayında daha da fəallaşdıraraq Bakı şəhərində öz işini davam etdirməsi böyük əhəmiyyət kəsb edir.

Qeyd olunan amilləri nəzərə alaraq diaspora təşkilatlarımızın güclənməsi məqsədilə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun qürbətdə yaşayan azərbaycanlıların qurultayını təşkil edərək yeni fəaliyyət proqramının hazırlanmasını təmin etməsi lazımdır.

Bəhs olunan həyati - strateji əhəmiyyətli məsələlərin: birliyimizin güclənməsi, tariximizin, dilimizin, ədəbiyyatımızın, coğrafiyamızın, mədəniyyətimizin, dövlətçiliyimizin, kimliyimizin milli dəyərlərimizə əsaslanaraq düzgün öyrənilməsi və təbliği, lobbiçilik fəaliyyətinin təmin olunması, maarifləndirmə işləri və elmi tədqiqatların görülməsi, yaşadığımız ölkələrin cəmiyyətlərilə bütünləşməmiz, beynəlxalq münasibətlərin inkişafı və s. Bu işlərin yüksək səviyyədə görülməsi üçün ən vacib olan amil diasporada dünyaya gələn insanların, uzun müddət qürbətdə yaşayan vətənpərvər azərbaycanlı ziyalıların, alimlərin, iş adamlarının diasporanın qurculuğu, güclənməsi, fəaliyyətinin yüksək səviyyədə təmin olunmasında iştirak etmələri, bilavasitə cavabdeh olmaları demokratik üsullarla təşkil olunmalıdır.

Bu o deməkdir ki, bəhs olunan xüsusiyyətli insanlar vətəndaşı olduğu dövlətlərin dilini, elmini, mədəniyyətini, siyasətini, cəmiyyətini mükəmməl bilir, eyni zamanda yüksək hörmətə və nüfuza malikdirlər. Diaspora hərəkatının güclənməsi üçün bu amilin nəzərə alınması ən vacib şərtlərdəndir.

Ukraynada yaşayan ziyalı soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi Vətən Müharibəmizdə parlaq qələbə əldə etməsi münasibətilə bir daha ürəkdən təbrik edir, minnətdarlığımızı bildiririk!

Onun güclü iradəsi və müdrik siyasəti sayəsində şanlı və müzəffər ordumuzun qələbələri dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən sevindirdi, onlara qürur hissi ilə yaşamağı bəxş etdi.

Yeni bir dövrün başlanğıcında diasporamızın da güclənərək yüksək səviyyədə fəaliyyət göstərməsini arzulayır, bir daha düşmən üzərində zəfərimiz münasibətilə hamınızı ürəkdən təbrik edərəm!

Fərhad Turanlı

“Kyivo-Mohılyanska Akademiyası” Milli Universiteti Humanitar elmlər fakültəsi Ümumi və Slav dilləri kafedrasının professoru,
Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri,
Tarix elmlər doktoru, professor

19.05.2024
Kyiv/Ukrayna


Xəbər 104815 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +