Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


25.04.2021  22:17 

Rusiya ABŞ-ı dost olmayan ölkələr siyahısına saldı





A+  A-

Rusiya dost olmayan ölkələrin siyahısının hazırlanması üzrə işə başlayıb.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, həmin ölkələrin diplomatik nümayəndəliklərində Rusiya vətəndaşlarının işə götürülməsi qadağan ediləcək:

“Bildiyiniz kimi, bir gün əvvəl Prezident Vladimir Putinin bir fərmanı dərc olundu. Bu sənəddə onsuz da mövcud olan federal qanunların tətbiqi üçün bir sıra tədbirlər nəzərdə tutulur. İndi dost olmadığı elan edilən dövlətlər, diplomatik və konsulluq nümayəndəlikləri Rusiya Federasiyası vətəndaşları arasından işçilər cəlb edə bilməz. Müvafiq fərmanın icrasını təmin etmək üçün indi hökumət adından fərmanın çıxarılmasını gözləyirik. Bəs bu dost olmayan dövlətlər kimlərdir? İndi siyahı hazırlanır. Anladığımız kimi, bütün hər şey ABŞ-ın dost olmayan hərəkətləri ilə başladı. Təbii ki, siyahıda artıq ABŞ da var”.

Xəbər 3426 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +