Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?
FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib
İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb
“Sputnik-Azərbaycan”nın ofisində əməliyyat keçirilir?


03.09.2019  14:08 

Belarus Ukrayna ilə sərhədi bağladı





A+  A-

Rəsmi Minsk silah axını səbəbindən Ukrayna ilə sərhədi bağlayıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Bizim üçün həmişə qədim zamanlardan bir nömrəli düşmən kimi görünən Şimali Atlantika blokundan daha çox qardaşlarımız və qohumlarımızla (Ukrayna ilə - red) sərhədi bağlamaq məcburiyyətində qaldıq”, - deyə o, Minskdə keçirilən yüksək səviyyəli beynəlxalq antiterror konfransında vurğulayıb.
Onun sözlərinə görə, Belarus tərəfi bu ölkədən silah axını səbəbindən Ukrayna ilə sərhəd nəzarəti kökündən gücləndirməli olub: “Harada ki, mülki vətəndaşların əlində silah olur, xüsusilə də millətçilərin olduğu yerdə terroru gözlə...”.

Xatırladaq ki, A. Lukaşenko 2005-2010-cu illərdə Ukraynaya rəhbərlik edən Viktor Yuşenko ilə 2018-ci ilin oktyabrında baş tutan görüşü zamanı da bu problemi qaldırmışdı.

Belarus lideri hələ o zaman Ukraynadakı hadisələrin, xüsusən də Donbassdakı silahlı qarşıdurmanın ölkəsinə təsirinin çox böyük olduğunu söyləmişdi:

“Xüsusilə bizi narahat edən məsələlərdən önəmlisi Ukrayna sərhədinə silah axınının olmasıdır. Çox sayda silah müsadirə edirik”.

Xəbər 2963 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +