İran Fələstin mövzusuna zərbə vurmağa hazırdır - Politoloq
Komandirin 150 min manatı ələ keçirilib
Araz Musayev niyə bıçaqlanıb? - SƏBƏB
Fransanın məşhur manyakları...
Üçtərəfli formatda görüşə hazıram - Zelenski
Ukrayna hər ay 25-27 min arası əsgər toplayır
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda -Foto
Laçın Hava Limanının açılışı... - Foto
Lavrov Fidan görüşü oldu - Moskvada
Priqojinin qızı ABŞ-dan Rusiyaya qayıdıb


27.05.2025  08:46 

Direktor sinfin bağlanmaması üçün valideynlərdən pul tələb edir?





A+  A-

"Direktor sinfin bağlanmaması üçün valideynlərdən pul tələb edir. Etiraz edən valideynləri hədələyir".

XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddiaları Bakının Sabunçu rayonu, 170 saylı orta məktəbin 2 d sinfinin valideynləri səsləndiriblər.

Valideynlər bildiriblər ki, məktəb rəhbərliyi üzrlü səbəbdən kiçik summativ qiymətləndirmə (KSQ) yazmayan şagirdlərin yenidən KSQ yazması üçün də eyni addımı atmaqdan çəkinmir.

İddialara görə, direktorun sinif rəhbəri ilə münasibəti yaxşı olmadığı üçün 2 d sinfinin həm şagirdlərini, həm də valideynlərini cəzalandırır.

Valideynlər problemin həlli üçün müvafiq qurumlara müraciət də ediblər.

Məsələ ilə bağlı 170 nömrəli tam orta məktəbdən bildirilib ki, 2 d sinfində 3 şagird fevral ayından etibarən təhsildən yayınır. II yarımil ərzində şagirdlər dərsə gəlmədiyi üçün heç bir KSQ-də də iştirak etməyib və qiymətləndirilməyiblər.

Uşaqların davamiyyət problemlərinə görə dəfələrlə valideynlərinə xəbərdarlıq olunub. Uşaqların təhsildən yayındırılmasının qarşısının alınması üçün Sabunçu Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarla iş komissiyasına və Sabunçu Rayon Polis İdarəsinə rəsmi məktub göndərilib.

Həmçinin məktəb rəhbərliyi və icra nümayəndəliyi tərəfindən məsələ ilə bağlı valideynlərlə evlərində də görüş zamanı müvafiq söhbət aparılıb. Digər iddialar əsassız və böhtan xarakterlidir.

Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılacaq. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Xəbər 299 dəfə oxunub.




29.05.2025  07:07 

Fransanın məşhur manyakları...

27.05.2025  11:03 

Hava ilə bağlı XƏBƏRDARLIQ

27.05.2025  10:40 

Ölüm, gəl tanış olaq...

27.05.2025  10:29 

Ucarda yük avtomobili yanıb


BÜTÜN XƏBƏRLƏR +